Deputat: “AŞPA-ya etiraz bəyanatı göndərisin”

Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasına etiraz bəyanatının göndərilməsini təklif edib.

"Olaylar"ın xəbərinə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinin müzakirəsi zamanı F.Mustafa qərarı tənqid edib. O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb: "Bu sənəd AŞPA-nın iyunda keçirilən iclasında oxunmalıdır və paylanılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31