Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə kim gətirilir? ŞOK TƏYİNAT-YENİLƏNİB

"Olaylar"a daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə gətirilən şəxsin kimliyi yaxın günlərdə bəlli olacaq. Mənbə yeni merin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun olacağını bildirib.

Qeyd edək ki, Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirib. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub. 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31