Britaniyalı deputat: "Avropa Parlamenti adından Dağlıq Qarabağa səfər etmək qəbulolunmazdır"

Böyük Britaniyanın Mühafizəkar Partiyasından olan Avropa Parlamentinin (AP) deputatı Sacad Kərim Dağlıq Qarabağ münaqişəsi zonasına qanunsuz səfər edən həmkarlarını tənqid atəşinə tutub.

Böyük Britaniyanın Mühafizəkar Partiyasından olan Avropa Parlamentinin (AP) deputatı Sacad Kərim Dağlıq Qarabağ münaqişəsi zonasına qanunsuz səfər edən həmkarlarını tənqid atəşinə tutub.

S.Kərim buna nümunə kimi AP-nin isveçli deputatı Lars Adaktussonun Dağlıq Qarabağa səfərini vurğulayıb.

"Deputatların Avropa Parlamenti adından rəsmi missiya kimi göstərərək Dağlıq Qarabağa səfər etməsi həm Avropa Parlamenti, həm də Azərbaycan üçün qəbuledilməzdir", - o bildirib.

AP deputatı həmçinin Azərbaycanın, o cümlədən onun paytaxtının inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, Bakının əsl nəqliyyat qovşağı və Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələndirici bənd olması üçün imkanı var.

"Əlbəttə, Avropanın bu ambisiyaların həyata keçirilməsində marağı var, amma regional problemlərlə də hesablaşmaq lazımdır. Mənfi güclər bu ambisiyalara mane olarsa, həqiqətən çox təəssüfedici olacaq", - S.Kərim qeyd edib.

"Report" "EurActiv"ə istinadən xəbər verir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31