Deputat: “AŞ-ın cəhdləri heç bir nəticə verməyəcək”
18 May 2018 13:45 Siyasət"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinə, o cümlədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiyalar tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar obyektiv deyil, qərəzlidir, Azərbaycana qarşı ikili standartların təzahürüdür".
"Olaylar" xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Sahibə Qafarova deyib. O, bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və bu, bəzi dairələri narahat edir və bizə təsir etməyə çalışırlar, Azərbaycanın imicinə kölgə salmaq istəyirlər: "Bununla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Bu gün Avropa Şurasında sağlam qüvvələr var, amma, burada siyasətçilər var ki, erməni lobbisi ilə birgə hərəkət edirlər. Biz bu cür münasibəti qəbul etmirik və qətiyyətlə pisləyirik. Onların bu mənfi cəhdləri heç bir nəticə verməyəcək".