Siyasət
İlham Əliyev "Tufan” sərhəd gözətçi gəmisi ilə tanış olub - FOTO
Cəbhədən ən son xəbər
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.
AntiAzərbaycan kampaniyasını doğuran səbəblər və onun uğursuz nəticələri
Azərbaycana qarşı yeni bir kampaniyaya start verilib. Ənənəvi kampaniyalardan biridir. Məqsəd və hədəfi də bəlli. Ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, onun siyasi reputasiyasına zərbə vurmaq, Azərbaycan barədə mənfi rəy formalaşdırmaq. Əslində gözlənilən idi. Çünki elə bu kampaniyanın birinci mərhələsi Azərbaycan üçün mühüm siyasi əhəmiyyət kəsb edən president seçkilərindən əvvəl başlamışdı. Hələ seçki məsələsi gündəmə gələr-gəlməz hər zaman ac-yalavac tülkü kimi pusquda dayanan Qəbdəki, Avropadakı bəzi antiAzərbaycan dairələr, erməni lobbisinin maraqlarına xidmət edən beynəlxalq əhəmiyyətli sayılan qeyri-hökumət təşkilatları, eləcə də onların Azərbaycandakı radikal siyasi düşərgəni təmsil edən nökərləri dərhal əvvəlcədən hazırladıqları ssenari əsasında Azərbaycana qarşı kampaniyaya başladılar.
Paşinyan Azərbaycanı təhdid etdi
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.
AŞPA-nın intim xidmət ittihamına Azərbaycandan sərt reaksiyalar
Azərbaycanla Avropa Şurası arasında yaşanan gərginlik qalır. Ötən həftəsonu AŞ PA-nın yaz sessiyasında qurumun daxilində korrupsiya hallarının olması və orada Azərbaycana yönəlik ağlasığmaz ittihamların yer alması rəsmi Bakının səbir kasasını daşırıb. Tam əminliklə demək olar ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində ən aşağılayıcı ittihamlarla üz-üzə qalıb.
Qərbin antiAzərbaycan kampaniyasına dəstək verənlər
"Sarqsyandan sonra Türkiyə-Ermənistan münasibətlərində nə dəyişəcək"
Seymur Orucov: “AŞPA lobbi ocaqları tərəfindən idarə olunan quruma çevrilib”
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) digər lobbi ocaqları, mənbələri tərəfindən artıq idarə olunan bir quruma çevrilib”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Musa Quliyev: “AŞPA-ya münasibətimizi dəyişmək haqqında düşünməliyik”
“Ümumiyyətlə bir insan o qədər həyasız, abırsız olsun ki, vicdanını, ədalətini itirsin ki, gördüyünü deyil öz ölkəsinə getdikdən sonra kiminsə diqtəsi ilə yazılanları söyləsin. Mən bunu heç cür dərk edə bilmirəm”. Bunu millət vəkili Musa Quliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qərəzli “hesabatı”na münasibət bildirərkən deyib.
İnqilabçı Paşinyandan Qarabağ açıqlaması
“Erməni soyqırımı” yalnız iki paytaxtda-Tehran və Tbilisidə qeyd edildi
“Erməni soyqırımı”nın 103-cü ildönümü Ermənistanda formalaşmış ənənə əsasında qeyd edilmədi. Səbəb ölkədəki mitinqlərdir. “Erməni soyqırımı” mövzusunun ermənilər üçün heç də ən vacib məsələ olmadığı da bəlləndi. ABŞ, Fransa və Rusiyanın paytaxtlarında da “erməni soyqırımı” qeyd edilmədi. Moskva erməniləri aprelin 24-ü ərəfəsində Yerevanda müxalifətin mitinqlərinə dəstək aksiyası barədə cəhdlər göstərdilər. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
İlham Əliyev: “Qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər”
"Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir". Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilən zaman “Fox Sport” televiziya kanalına müsahibəsində söyləyib.














