Siyasət
"İllər ərzində dediklərimi indi erməni xalqı deyir"- Prezident
"Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir". Bu sözləri Prezident İlham Əliyev ötən gün keçirilən iftar mərasimində çıxışı zamanı deyib.
“Surət Hüseynovla mənim iş birliyim...” - Ayaz Mütəllibovla müsahibə
Paşinyan: “Qarabağlı deyiləm, deməli Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı deyib.
Paşinyan Əliyevlə Qarabağ danışıqlarına hazır olduğunu açıqladı və ŞOK ŞƏRT İRƏLİ SÜRDÜ
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ üzrə danışıqlara hazır olduğunu açıqlayıb. Paşinyan danışıqlar üçün yenə də beynəlxalq hüquqa uyğun olmayan və danışıqlar prosesinin ruhuna zidd şərtini irəli sürüb.
Paşinyan rejimi süpürülüb atılacaq
Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslər buna doğru gedir
Arzu Nağıyev: “Azərbaycan milli dəyərlərə qiymət verən dövlətdir"
“Bu gün Azərbaycan tolerant və multikultural dəyərlərə daim hörmət edən bir dövlətdir”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
İstefaya gedən “baş nazir” Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı
Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma “dqr dövlət naziri”, yaxud “baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib. Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib. Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.
“Ermənistan danışıqların ruhuna zidd bəyanatlar verir" - Qabil Hüseynli
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana səfərində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpa edilməsi və danışıqlara təkan verməkdir. Məhz birinci Ermənistana getməkdə də məqsəd odur ki, burada hakimiyyət dəyişikliyi baş verib”. Bunu politoloq Qabil Hüseynli deyib.














