Siyasət
Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Ötən gün şəhid olan azərbaycanlı sərhədçilər
Azərbaycan səfiri Donald Trampın Ağ evdəki iftar mərasimində iştirak edib
ABŞ prezident Donald Tramp hakimiyyətdə olduğu bir il yarım ərzində müqəddəs Ramazan ayı münasibətilə ilk dəfə Ağ evdə iftar süfrəsi açıb.
İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir
İsrailin və Azərbaycanın bir neçə şəhəri qardaşlaşmaq imkanlarını nəzərdən keçirir.
Politoloq: "Düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik"
Deputat: “Hər kəsin dini etiqad azadlığı təmin olunub"
“Ramazan ayı münasibətilə keçirilən tədbirdə cənab Prezident İlham Əliyevin söylədiyi “Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub” fikirləri bu günki Azərbaycanın reallığıdır. Baxmayaraq ki, Konstitusiyaya görə din dövlətdən ayrıdır, eyni ilə dövlət ölkədə dini baxışlarının qorunub saxlanmasına, bir müsəlman ölkəsi olaraq dini baxışlarda bərabərliyə və bütün dinlərlə münasibətdə eyni yanaşma siyasəti həyata keçirir”. Bunu millət vəkili Azər Badamov deyib.
"Bakı ilə əlaqəmizə paxıllıq edənlər... "- Liberman
Yəhudilər Babil sürgünündən etibarən Azərbaycan ərazisində yaşayıb və həmişə özlərini rahat hiss ediblər. Xalqlarımız arasındakı dostluq münasibətləri, dövlətlərimiz arasında dostluq əlaqələri üçün nəzərdə tutulub.
Dağlıq Qarabağ Ermənistandan ayrılır- Mübariz Əhmədoğlu
Dünyanın tanınmış universitetlərinin birində Azərbaycan haqqında təqdimat
Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə Meksikadakı Səfirliyimiz tərəfindən ölkəmiz barədə təqdimat keçirilib. Olaylar.az bildirir ki, 1551-ci ildə yaradılmış UNAM dünyanın yüz ən yaxşı ali təhsil müəssisəsi siyahısına daxildir və eyni zamanda Latın Amerikasının ən yaxşı Universiteti hesab edilir. UNAM dünyada ən böyük hesab edilən kampusa malikdir və onun binası YUNESKO-nun Ümumdünya İrsi obyektləri siyahısına daxildir.
"O qədər itkilərim olub ki.." - "Maşın"dan gedən Mətanət
Santa Monika şəhərində “Azərbaycan Milli Günü”
ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Ted Vinterer (Ted Winterer) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.








.jpg)





