Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı «N» saylı hərbi hissəsində olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparmış, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilmişdir.

Azərbaycan  Silahlı Qüvvələrinin yaranmasının  100 illiyi və 26 İyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi  və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Goranboy rayonundakı "N" saylı hərbi hissəsində  olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuş, əsgərimizlə söhbətlər aparmış, sonra bayram günü münasibəti ilə böyük tədbir keçirilmişdir.

"Olaylar" xəbər verir ki, tədbirdə  çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinın  Başçısı Asif ƏsgərovAzərbaycan  Silahlı Qüvvələrinin yaranmasının  100 illiyi  və 26 İyun- Silahlı Qüvvələr günü münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq qeyd etmişdir ki, 100 il əvvəl müsəlman Şərqində ilk demokratik  və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi: "Qarşısına  müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın gələcək müstəqilliyi üçün zəmin yaratdı". A.Əsgərov qeyd edib ki, iyunun 26-da yaranmasının 100 illiyi tamam olan Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Son illər Azərbaycan Silahlı Qüvvələri hərbi potensialını artırıb, ən müasir silah-sursat, texnika ilə təmin olunub: "Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi - psixoloji hazırlıq  cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.  2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı  zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki,  Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31