Siyasət

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri bəyanatlar verdi

7 İyun 2018 09:38

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Stiv Kohen və Bil Şuster Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı bəyanatlar vermişlər. Olaylar.az bildirir ki, konqresmen Stiv Kohen Azərbaycanı 100 illik münasibətilə təbrik edərək bəyanatda bildirir ki, 28 may Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyinin əldə edilməsi və Azərbaycan Demokratik Respublikasının yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə Sovet qoşunları tərəfindən son qoyulmasına baxmayaraq, Azərbaycan Demokratik Respublikasının dünyada müsəlman çoxluğa malik ilk dünyəvi parlament demokratik respublika kimi formalaşmasının və Prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən diplomatik tanınmasının diqqətəlayiq olduğu bəyanatda vurğulanır.

Zakir Həsənov üçün özəl gün

6 İyun 2018 18:44

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə bəyanatı

6 İyun 2018 18:30

4-6 iyun tarixində Fransanın Paris şəhərində yerləşən YUNESKO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilir.

Şoyqunun çağırışına reaksiya: "Bakının buna ehtiyacı yoxdur!"

6 İyun 2018 16:04

Azərbaycanın bu prosesə qoşulması indiki mərhələdə heç danışıqlar predmeti belə deyil.

"Kreml kimə güvənəcək: Əliyevə, ya Nikola?" - Rosbalt

6 İyun 2018 16:02

"Paşinyan özünün qərbyönlü olmadığına Rusiyanı inandıra bilməyəcək". Bu iddia rusiyalı jurnalist İrina Corbenadzenin “Rosbalt” agentliyindəki məqaləsində yer alıb.