Bu ölkələrin yüksək rütbəli şəxsləri Bakıda keçirilən paradı izləməyə gələcəklər
Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü mərasimində Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi bir sıra ölkələrdən yüksək rütbəli ordu rəsmilərinin iştirakı planlaşdırılır. Bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar tədbirdə iştirak etmək üçün Bakıya gələcək.
25 İyun 2018 15:44 OrduAzərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü mərasimində Azərbaycanın hərbi sahədə əməkdaşlıq etdiyi bir sıra ölkələrdən yüksək rütbəli ordu rəsmilərinin iştirakı planlaşdırılır.
Bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar tədbirdə iştirak etmək üçün Bakıya gələcək.
Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı Azərbaycanda səfərdədir. Bundan başqa İran Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin nümayəndə heyəti də Bakıda səfərdədir. İran müdafiə nazirinin müavini, general-mayor Əmir Səccid Mahmudi Şeyx Həsəninin rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək hərbi paradda iştirakı və bir sıra görüşləri nəzərdə tutulub.
Bundan başqa Rusiyadan və digər ölkələrdən də yüksək rütbəli nümayəndə heyətlərinin Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək hərbi paradda iştirakı planlaşdırılır.
A24.Az