İşğalçı dövlətin ordusunda aclıq tüğyan edir

Erməni generalları əsgər "payoku"nu ayılarına yedirdirlər

İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə hərbi parad keçiriləcək. Paradda Azərbaycan ordusu əldə etdiyi müasir silahları nümayiş etdirməklə ordunun gücünü ortaya qoyçuş olacaq. Etiraf edilməlidir ki, Azərbaycanda ordu quruculuğu istiqamətində ardıcıl surətdə mühüm əhəmiyyətli tədbirlər  dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Silahlı Qüvvələrimizin dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Hazırda ölkəmizin hərbi potensialı ən yüksək  səviyyədədir. Xatırladaq ki, beynəlxalq reytinq cədvəlinə görə, bu gün Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Sözügedən reytinq cədvəli "BAV Consulting" və Pensilvaniya Universitetinin əməkdaşlığı ilə birlikdə hazırlanmış və 36 ölkədə sosial sorğu aparılmışdır.

Azərbaycan ordusu ilə müqayisədə işğalçı Ermənistan silahlı qüvvələri məhv olmaq təhlükəsilə üzləşib. Hazırda işğalçı orduda qanunsuzluqlar, özbaşınalıqlar o həddə çatıb ki, artıq  həm hərbçilər, həm də ictimaiyyət bunu normal hal, ənənə kimi qəbul etmək zorunda qalıb. Ermənistan ordusunda hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşib. İşğalçı dövlətin silahlı qüvvələrində baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədən kənar halların sayı ilbə-il artmaqdadır. Üstəlik silahlı qüvvələrdə intihar və intihara cəhd etmə hallarının sayında da artım müşahidə olunmaqdadır. Aparılan araşdırmalar nəticəsində müddətli həqiqi xidmət hərbi qulluqçularının intihara cəhd etməsinin ordudakı yüksək vəzifəli zabitlərin özbaşınalıqları, rüşvətxorluğu, şəxsi heyəti kiçik komandirlərin idarə etməsi, nizamnamədən kənar və nalayiq davranışları və orduda "dedovşina" hallarının davam etməsi səbəbindən baş verməsi müəyyən olunub. Araşdırma nəticəsində Ermənistan SQ-də intihar və intihara cəhd etmə hallarının əsasən zabit-gizirlər tərəfindən şəxsiyyətin alçaldılması, təhqir etmə və söyülməsi, zabit və gizirlər tərəfindən hərbi qulluqçuların zorlanması və onlara təcavüzün edilməsi, kiçik komandır heyəti tərəfindən əsgərlərin zorlanması, kiçik komandir heyəti tərəfindən əsgərlərin döyülməsi, əsgər valideynlərinin pul gətirməyə vadar edilməsi, zabit və gizirlərin hərbi qulluqçuların valideynləri ilə cinsi əlaqəyə girməsi və zorlama faktının şəxsi heyət tərəfindən aşkarlanması, Ermənistan ordusundakı mövcud ağır hərbi xidmət və məişət şəraitsizliyi, psixoloji problemlər, ailə münaqişəsi zəminində və digər şəxsi məsələlərlə əlaqədar baş verdiyi məlum olub.

Məhz bu kimi qanunsuzluqların nəticəsidir ki, işğalçı ölkənin ordusunda fərarilik baş alıb gedir. Ermənistan silahlı qüvvələrində komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir. Ermənistan ordusunda intizamsızlıq, özbaşınalıq, hərc-mərclik, əxlaqsızlıq və s. belə hallarla yanaşı, kriminogen vəziyyət də kulminasiya nöqtəsinə çatıb. İşğalçı ölkənin ordusunda acından ölən əsgərlərin sayı da kifayət qədərdir. Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı Manvel Qriqoryanı həbsi bu fikrimizi bir daha təsdiqləmiş olur. Belə ki, axtarış zamanı onun üzərində "əsgərlər üçün" yazılmış ərzaq, gigiyena vasitələri, tibbi ləvazimatlar və hərbi forma aşkar edilib.

Sadalanan faktlar Ermənistan vətəndaşları, eləcə də yerli və beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən də təsdiqini tapıb. Aprel döyüşləri zamanı həlak olmuş əsgər Robert Abramyanın atası Abram Abramyan "rus.azatutyun.am" saytına açıqlamasında bildirib ki, oğlu həlak olan günədək üç gün ərzində heç nə yeməyib. Bu faktı hərbi məhkəmə-tibbi ekspert komissiyası da təsdiq edib və əsgərin valideyinlərinə rəsmi rəy təqdim edilib. Onun bildirdiyinə görə, hərbi qulluqçular üçün ayrılan ərzaq günüral Manvel Qriqoryan tərəfindən mənimsənilib: "O, əsgərlər üçün nəzərdə tutulan ərzağı öz ayılarına yedizdirdib. Bizim uşaqlar isə günlərlə ac qalmaq məcburiyyətində olublar. Ola bilrədi ki, oğlum ac qalmasaydı yaralandıqdan sonra sağ qalmaq üçün cəhd göstərərdi". A.Abramyan əlavə edib ki, orduda aclığın baş verməsi barədə 2016-cı ildən məlumat olub: "Əgər ucqar bir kənd sakini bu barədə məlumatlıdırsa, deməli ordudakı ən yüksək rütbə sahibləri də məsələdən hali olublar". Dördgünlük aprel döyüşlərində həlak olmuş kapitan Obsepa Kirakosyanın anası Marqarita Kirakosyan bildirib ki, əsgərlər üçün nəzərdə tutulan "payok"un yüksək rütbəli zabitlər tərəfindən mənimsənilməsi əsgər analarına  mənəvi zərbə vurur: "Belə hərbçilərin rütbələri geri alınmalı, məsuliyyətə cəlb edilməlidirlər. Həmin rütbəli zabitlər qəhrəman yox, oğru və quldurdurlar. Necə ola bilər ki, üçüncü sinif şagirdi əsgərə məktub yazaraq ordunu necə talan etmək yolları barədə sual versin?"

Veteran hərbiçi, "Arabo" bölməsinin keçmiş komandiri Manvel Eqiazaryan "ru.1in.am" saytına açıqlamasında bildirib ki, mətbuatda gedən materiallar orduda baş verən korrupsiya və rüşvət hallarının cüzi bir hissəsidir-dəryada bir damladır: "Biz bu barədə uzun müddətdir ki, məlumatları qabardırıq. Bildiririk ki, ordu üçün nəzərdə tutulan ərzaq ehtiyatı Manvel Qriqoryan tərəfindən talan edilir. Çoz təəssüf ki, açıqlanan konkret faktlar barədə heç bir qanuni ölçü götürülmür. Qəribəsi ondan ibarətdir ki, çoxlu sayda ərzaq yeşiklləri hələ ki, anbarda açkarlanıb. Əsgərləri bu qədər alçaltmaq, onların ərzağını aşıq şəkildə talan etmək hüququ heç kimə verilməyib. Əsgər ərzağı hesabına varlanan, dollar yığan yeksək rütbəli hərbçilər qanun qarşısında cavab verməlidirlər".  

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31