Siyasət

Ağstafa Regional Mədəniyyət İdarəsində "Şuşasız 28 il" mövzusunda elmi - virtual konfrans

8 May 2020 11:33

Ağstafa Regional Mədəniyyət İdarəsinin  “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə Azərbaycanın musiqi beşiyi Şuşa rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunmuş " Şuşasız 28 il" mövzusunda keçirdiyi videokonfransda Qarabağ həqiqətlərinin və milli-mədəni  irsimizin virtual məkanda təbliği, tarix və mədəniyyət abidələrimizə diqqət və qayğının artırılması əsas müzakirə mövzusu oldu.