SON DƏQİQƏ: Kəndlərimiz artilleriya qurğularından atəşə tutuldu

Müdafiə Naziliyinin Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nairliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı  bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31