Üçrəngli bayrağımızı eyvanlardan asaq- QHT rəsmisindən təklif gəldi

Turan Araşdırma İctimai  Birlinin  sədr müavini  Cavid  İsmayıl  sosial  şəbəkə  üzərindən  təklif  irəli  sürüb. 

Dəyərli dostlar!

Bü gün şanlı ordumuz erməni qəsbkarlarına qarşı sinə gərir! Oğullarımız Vətən uğrunda canlarını fəda edir və Vətən uğrunda düşməni məhv edir!

Təklif edirəm ki, uğrunda minlərlə şəhid verdiyimiz müqəddəs üç rəngli bayrağımızı eyvanlardan dalğalandıraq! Buradan dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımıza da üz tutub müraciət edirəm ki, bu təklifimizə qoşulsunlar.

Eyni zamanda sosial şəbəkələr vasitəs ilə, Azərbaycanın haqlı davasının yanında olan qardaş ölkələrə o cümlədən- Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr, Macarıstan, Pakistan, Ukrayna və s.müraciət edək ki, bayraqlarını bayrağımızın yanına sancsınlar! Diasporla İş  üzrə  Dövlət  Komitəsindən  xahiş  edərdik  ki  dünya  azərbaycanlılarının  bu  işə  qoşulması  üçün  dəstək  olsunlar.

Qəhrəman Azərbaycan əsgəri! Möhkəm dayan! Səninləyik!

Hörmətlə, Cavid İsmayıl.

PS;Dostlar xahiş edirəm paylaşaq! Dəstək olaq!

#Cavidİsmayıl #bayrağınıbayrağımınyanınasancqardaş

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31