Siyasət
Azərbaycan intibahı başlamışdır, əfəndim...- Əkbər QOŞALI yazır
Noyabrın 11-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzə gələrək, orada müalicə alan hərbçilərimizlə görüşdü.
Qənirə Paşayevadan Təşəkkür mesajı
Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Fondu 2020-ci il üzrə mükafatların sahiblərini açıqlayıb.
SAHİBƏ QAFAROVA FRANSA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB
Diaspora təşkilatlarımız səfərbər olunublar
Xaricdəki soydaşlarımız Vətənin müdafiəsinə qalxıblar
Noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə əbədi həkk olundu - Vüqar Rəhimzadə
“Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Azərbaycanın rəşadətli ordusu malik olduğu imkanları, gücünü, qüdrətini işğalçı Ermənistana və onun havadarlarına bir daha göstərdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlərində, həmçinin Müdafiə Nazirliyinin məlumatlarında hər gün düşmənin nə qədər hərbi texnikasının məhv edildiyini, həmçinin qənimət kimi götürüldüyünü açıqladı. Noyabrın 11-də cənab İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə “Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” söyləyərək onların qəhrəmanlıqları əsasında yazılan tarixdən geniş bəhs edərək bu məqamı da xüsusi vurğulamışdır ki, düşmənin qənimət götürülmüş hərbi texnikasının Bakıya gətirilməsinə, bunun üçün yer seçilməsinə göstəriş verilib. Həmin texnikanı nümayiş etdirəcəyik, bütün Azərbaycan xalqı nəyi əldə etdiyimizi görəcək.”
Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək - Lavrov
Rusiya-Türkiyə monitorinq mərkəzi sırf distant rejimdə fəaliyyət göstərəcək.
Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı fərman imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
İlham Əliyev bu müharibədə qalib ordunun sərkərdəsi kimi mühüm və vacib addımları ilə yadda qaldı
Azərbaycan əsgəri torpaqlarımız qarış-qarış azad etdi və dünya Azərbaycan Ordusunun gücünü gördü “Azərbaycan tarixi qələbə qazandı. Etiraf edək ki, uzun müddətdir ki, regiondakı bəzi ölkələrin Azərbaycana qarşı düşmən münasibəti nəticəsində torpaqlarımızı itirmək məcburiyyətində qalmışdıq. Müəyyən zaman kəsiyində ölkəmizə rəhbərlik edən bəzi səriştəsiz şəxslərin də bu prosesdə az “xidmətləri” olmuşdur. Son olaraq 90-cı illərdə geosiyasi və daxili vəziyyət çərçivəsində Azərbaycan öz ərazisinin 20 faizini itirdi. O zaman şərtlər Azərbaycan üçün əlverişli deyildi. Məhz Ulu Öndər Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək prosesləri dayandıra bildi.Həmin vaxtdan başlayaraq Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün ölkəmizin inkişaf naminə çalışmalara başlanıldı.”
"Bu qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq"
Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atıb. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi altında qazanılmış bu qələbə, ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.
Bəyanatın hər bir bəndi Azərbaycanın mənafelərinə tam uyğundur
Anar Məmmədov: “Bu bəyanatla 50 milyonluq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Şuşanı əsgərlərimiz BELƏ AZAD ETDİ - Yaralı dostunu çiynində daşıdı - FOTO
Türkiyə və Rusiya bölgədə sülhün zəmanətçisidir
“Biz İkinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldıq. Bu birmənalı və mübahisəsiz həqiqətdir.
Kəlbəcərin işğalı zamanı Monte Melkonyan azərbaycanlılara 10 saat vaxt vermişdi - VİDEO
Erməni hərbi birləşmələri 1993-cü ildə Kəlbəcər rayonuna hücum edərək rayonu mühasirəyə alıb.
"Əminəm ki, Qarabağla bağlı razılaşmanın bütövlüyü qorunub saxlanacaq" - Lavrov
Mən əminəm ki, Ermənistan hökuməti öz məsuliyyətini tam başa düşür.
Tarixə adımızı qalib xalq kimi yazdırdıq
Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.













