Siyasət

Ərdoğandan SƏRT ÇIXIŞ: Terrorçularla əl-ələ, çiyin-çiyinə...

22 Noyabr 2020 17:57

“Heç kimin şəxsi açıqlamaları prezident və hökumətimizlə əlaqələndirilə bilməz”. Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, “Gəzi parkı hadisələri”nə sponsor olanlarla heç vaxt bir yerdə ola bilməzlər: “Nə dediyimiz, harada durduğumuz, hara getdiyimiz aydındır və istiqamətimizdə ən kiçik bir dəyişiklik yoxdur. Son zamanlarda bizimlə heç bir əlaqəsi olmayan ayrı-ayrı açıqlamaların və yeni bir alovun başladığını görürük. Heç kəsin fikirləri bizimlə əlaqələndirilə bilməz. Terror təşkilatları ilə əl-ələ, qol-qola, çiyin-çiyinə Ankaradan İstanbula gedənlərlə bir ola bilmərik”.

Prezident İlham Əliyev: Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti mühüm rol oynayır

21 Noyabr 2020 20:09

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar".