AXCP-ın Pxenyan havası: Göz yaşı və bəzəkli miniatürlər
3 Noyabr 2014 15:51 SiyasətAXCP-ın demokratiya prinsipi sədr Əli Kərimliyə itaətlə məhdudlaşır. Məsələ birmənalı şəkildə belədir. Məsələn, "Azadlıq"-da Müsavat hadisələrini sillə kimi İsa Qəmbərin üzünə çırpan cəbhəçilər, məsələ Əli Kərimlinin üzərinə gələn kimi susurlar. Partiyada bu mənada əsl Şimali Koreya ab-havası hökm sürür. Tarixin ən qəddar diktatoru kimi adını tarixə yazdırmış koreyalı Kim Çen İnə olan "sevgi"-nin eynisi Əli Kərimliyə göstərilir. Lakin Koreyanın şimal sakinlərindən fərqli olaraq, cəbhəçilər sədri iki qüllab məcburi göz yaşı və nəm dəsmalla yox, orta əsr sənətkarlarının bəzəkli miniatürlərinə oxşayan, ifadələri ilə qarşılayırlar. Müxtəlif rənglərin ahəngdarlığından hazırlanan cümlələr İnin generalları kimi sədrin pişvazına çıxarılır. Bununla bərabər cəbhəçi olmağın da öz şərtləri var. Məsələn, Əli Kərimliyə beyət edənlər, mütləq şəkildə əbasının ətəyindən öpmək üçün əyilməlidirlər. Eyni zamanda onu uğursuzluqlarına görə, tənqid etməməyə sədaqət andı içirlər. Bəli, bu cəbhəçilərin demokratiya prinsipidir. Eyni zamanda Şimali Koreyada olduğu kimi AXCP-də də repressiyalar var. Kim Çen İn xarici seriala baxdığı üçün 50 nəfəri edam etdirdi. 10-u yüksək vəzifəli dövlət məmuru idi. Oxşarlıq: Əli Kərimlinin müşaviri Şakir Abbasov bir müddət əvvəl istefa verdi. İstefaya səbəb Əli Kərimlinin xarici baxması olub. Təbii ki, ənənəyə uyğun olaraq Əli Kərimli "generallar"-ını "Feysbuk"-da Abbasovun üzərinə saldı. Keçmiş müşaviri edam etsəydilər yaxşı idi. Çünki istefa min yerə yozuldu. Hətta aralarında Şakir Abbasovu Tanzaniya xüsusi xidmət orqanlarına işləməkdə ittiham edənlər də vardı. Bu mənada İn Kərimlidən daha humanistdir. Ən azından koreyalı məsələni kökündən həll edir. İnandırıcıdır ki, əgər AXCP-ın "cinayət əməlləri"-nə görə, cəzalandırmaq hüququ olsaydı, sədr özünə qarşı çıxanların dərisini soyub yerinə saman səpərdi. Çünki cəbhənin də düşüncə, söz azadlığı kimi ciddi məhdudlaşdırmaları var. Dünyagörüşü seçimi məsələsində "siyasi günah" baxışı radikaldır. Əli Kərimlinin də Çen İnin "yanımda olmayanlar düşməndirlər" kimi prinsipi var. Əlinin adamı olmaqdansa, Kimin ölüm düşərgəsində əsir olmaq yaxşıdır. AXCP bu mənada ABŞ-dakı dəhşətli Oklahama həbsxanasına oxşayır. Oklahamanın qorxulu edam üsulu var. Edam olunacaq şəxsə xüsusi hazırlanmış dərman qəbul etdirilir və o 40 dəqiqə can verərək ölür. 19 yaşlı qızı diri-diri basdırdığı üçün həbs edilən Kleyton Luket da bu yolla edam olundu. Dərmanı qəbul edəndən 10 dəqiqə sonra şüurunu itirdi. Ayılaraq 40 dəqiqə dəhşətli şəkildə döşəmədə çabalayan Luket ölür. Məhkuma əvvəlcə 100 mq sakitləşdirici midazolam, sonra iflic dərmanı, daha sonra isə ürəyin fəaliyyətini dayandıran kalium-xlorid verilmişdi. Necə də AXCP-a üzvlük qaydasına oxşayır. Məsələn, Əli Kərimli qurbanını seçir. Əvvəlcə aldadıcı vədlərlə (midazolam) yanına çəkir. Sonra özünün "dünyanın mütləq gücü" olduğuna (iflic dərmanı) yönəlik hipnozik ayinini icra edir. Sonda isə partiya bileti (kalium-xlorid) verərək "öldürür".
Ömər Zamin