“Köçəryanın fikirləri daxilə yönəlib, Azərbaycana yox”

Emin Həsənli: “Təkcə Mübariz İbrahimov Azərbaycanın bir əsgərinin bütün Ermənistan ordusundan güclü olduğunu nümayiş etdirdi”

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Savarş Köçəryan Azərbaycanın hərbi gücü barədə acı etirafını etməyə mıəcbur olub. O, güclü Azərbaycan ordusu qarşısına "mənəvi ruh yüksəkliyi" ilə çıxacaqlarını bildirib. Məsələyə münasibət bildirən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Köçəryanın fikrinin məntiqi əsasının olmadığı qənaətindədir. E.Həsənlinin sözlərinə görə, avqust ayında cəbhə bölgəsində baş verənlərlə Ermənistan Azərbaycanın ağır çəkisini hiss etdi. QHT sədri hesab edir ki, təkcə Mübariz İbrahimov Azərbaycanın bir əsgərinin bütün Ermənistan ordusundan güclü olduğunu nümayiş etdirdi: "Erməni ordusu İbrahimovun qarşısında dayana bilmədi, fiziki və mənəvi qələbə qazandı. O, Azərbaycan əsgərinin müharibəyə psixoloji və mənəvi, eyni zamanda fiziki cəhətdən hazır olduğunu göstərdi. Ramil Səfərovun bayrağımıza olan münasibəti də eyni qəbildəndir. Yaxud əliyalın Kəlbəcərə gedərək, öz ata-ana məzarlarını ziyarət edən sıravi azərbaycanlılar. Bu isə Azərbaycan xalqının ruh yüksəkliyinin təcəssümüdür. Ermənistan xalqı və hakimiyyəti psixoloji gərginlik içərisindədir. Dağlıq Qarabağdakı seperatçı rejimlə Ermənistan erməniləri arasında dərin uçurum var. İqtisadi böhran içərisindədir. Bu qədər problemin içərisində Köçəryanın "məni ruh"-dan danışması, ancaq daxili auditoriyanı sakitləşdirməyə yönəlib. İkinci Qarabağ müharibəsində Ermənistan qarşısında fərqli Azərbaycan görəcək. Çünki bütün parametrlərə görə, Ermənistan üzərində açıq hiss olunan üstünlüyümüz var. Hərbçilərimizin mənəvi-psixoloji vəziyyəti yerindədir. Beynəlxalq yarışlarda hərbçilərimizin yüksək nailiyyətləri, müxtəlif olipiyadalarda birinciliyimiz var. Dünyanın ən əhəmiyyətli idman yarışlarına ev sahibliyi edirik. Bütün bunlar insanlarımızın ruh yüksəkliyinə şərait yaradır. Ermənistanda hansı tədbirlər keçirilir? Son nəticədə isə tarixi torpaqlarımızı işğaldan azad edərək, Ermənistan öz yerini göstərəcəyik". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00