Azərbaycan XİN-lə bağlı əməkdaşlıq planı təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında Fəaliyyət Planının təsdiq edilməsi barədə Fərman imzalayıb.Modern.az saytı xəbər verir ki Fərmanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında birgə əməkdaşlıq haqqında 2014-cü il avqustun 30-da Bali şəhərində imzalanmış Fəaliyyət Planının təsdiq edilməsi qərara alınıb.Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Fəaliyyət Planının müddəalarının həyata keçirilməsini təmin etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00