Gənclərimiz ölkəmizin inkişafına töhfə verməlidirlər-Özəl

"Müstəqilliyimizin bərpası xalqımızın milli iradəsinin və azadlıq əzminin təntənəsidir. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə mühüm məsuliyyət qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Gənclərimiz milli dəyərlərimizi və dövlətçilik ənənələrimizi mənimsəməli, ictimai-siyasi həyatda fəal iştirak edərək ölkəmizin inkişafına töhfə verməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və gənclərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İnanıram ki, savadlı, vətənpərvər və təşəbbüskar gənclərimiz dövlətçiliyimizin daha da güclənməsində fəal rol oynayacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31