Prezident İlham Əliyev türk dünyasını birləşdirir-Özəl
11:25 Siyasət"Türk dövlətlərinin öz milli maraqlarını daha müstəqil şəkildə həyata keçirmək istiqamətində addımlar atdığını müşahidə edirik". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu proseslərə öz töhfəsini verib. Nəticədə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın və regional əlaqələrin güclənməsi, təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın vacibliyinin daha dərindən dərk edilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu kontekstdə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələri liderlərinin görüşlərinə, demək olar ki, müntəzəm olaraq dəvət alır və həmin tədbirlərdə iştirak edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31