OpenAI Avstraliyadakı haker hücumundan sonra təhlükəsizlik tədbirlərini gücləndirib-ÖZƏL
13:19 SosialOpenAI Avstraliyanın ictimai səhiyyə sisteminə haker hücumundan sonra təhlükəsizlik tədbirlərini gücləndirib. Olaylar.az xəbər verir ki, TASS xəbər verir ki, bunu şirkətin nümayəndəsi Ceyson Kvon Avstraliya Parlamentində keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, süni intellekt agentlərinin icazəsiz hərəkətlərinə qarşı "dərhal müdaxilə" imkanını təmin etmək üçün sistemlərdə dəyişikliklər edilib. Həmçinin gələcəkdə təhlükə ilə üzləşən qurumların bu barədə operativ məlumatlandırılması üçün əlavə tədbirlər görülüb.
Kvon hadisəyə görə Avstraliya vətəndaşlarından üzr istəyib və şirkətin reaksiyasının arzuolunan səviyyədə olmadığını etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31