Yevgeniya Xmara Ukraynanın Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edildi

Ukrayna Ali Radası keçmiş SBU rəhbərinin səlahiyyətlərini icra edən Yevgeniya Xmaranı ölkənin yeni müdafiə naziri vəzifəsinə təyin edib.

Məlumat parlamentin 19 avqust tarixində keçirilən iclasının yayımına istinadən yayılıb.

Xmaranın namizədliyini Ali Radada prezidentin nümayəndəsi Qalina Mixaylyuk təqdim edib. O bildirib ki, Ukrayna Prezidenti hazırda Xmaranı Müdafiə Nazirliyinə rəhbərlik etmək üçün ən uyğun namizəd hesab edir.

Çıxışı zamanı yeni nazir əsas prioritetlərini açıqlayıb. O vəd edib ki, "Ukrayna silahları daha çox olacaq, zərbələr isə daha dəqiq həyata keçiriləcək".

Yevgeniya Xmara parlament tribunasından and içərək vəzifəsinin icrasına başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31