Məkkə sazişi İranın ambisiyalarını azalda bilər?-Özəl
13:22 Siyasətİranın şərtləri yalnız Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin normallaşdırılması məqsədini güdmür. Bu, bilavasitə ABŞ-nin Yaxın Şərqdəki strateji mövcudluğuna və onun region ölkələrinə, o cümlədən İrana təzyiq alətlərinin tamamilə aradan qaldırılmasını hədəfləyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: " Bütün bunların arxasında İranın zaman qazanmaq strategiyası dayanır. Bu, hazırda Tramp administrasiyasının üzləşdiyi strateji məhdudiyyətlərlə əlaqədardı. İki həftədən sonra faktiki olaraq ABŞ-də seçki kampaniyası start götürəcək. Belə bir ərəfədə Tramp administrasiyasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasını gözləmək real deyil. İranda da bunu başa düşürlər. Hətta Tramp administrasiyası bu addımları atsa belə, özü üçün böyük risklər yaradır.
Tehranda başa düşürlər ki, seçki kampaniyası dövründə Trampa İranla bağlı məsələlərdə hər hansı məqbul nəticəni təqdim etmək lazım olacaq və bu baxımdan, Hörmüz boğazı ilə bağlı hər hansı bir anlaşmanı daha baha satmağa çalışırlar. İranın da strateji məhdudiyyətləri var, bu strateji məhdudiyyətlər daha çox daxili iqtisadi vəziyyətlə bağlıdır, o cümlədən Körfəz ölkələrinin təzyiqi ilə bağlıdır. Həmçinin Körfəz ölkələri ümid edir ki, Məkkə sazişi İranın ambisiyalarını azalda bilər