Yaponiya ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsi rəsmilərinə qarşı yeni sanksiyalarından təəssüfləndiyini bildirib- ÖZƏL
11:48 SiyasətTokio Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nümayəndələrinə, o cümlədən məhkəmənin sədri Yaponiya vətəndaşı Tomoko Akaneyə qarşı yeni sanksiyalar tətbiq etmək qərarından təəssüfləndiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat verib.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Bu qərar son dərəcə təəssüf doğurur. Yaponiya Beynəlxalq Cinayət Məhkəməsini ardıcıl olaraq dəstəkləyib. Biz bütün maraqlı dövlətlər və tərəflərlə sıx əlaqələr saxlayaraq beynəlxalq birlikdə qanunun aliliyini gücləndirmək üçün işimizi davam etdirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31