Ruben Vardanyanın yoldaşı Ermənistan XİN-dən hələ də əlaqə gözlədiyini bildirib – ÖZƏL
13:09 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Baş naviri Nikol Paşinyanın avqustun 8-dəki müraciətində "Azərbaycanda həbsdə olan soydaşlarımızın taleyi hər birimizi narahat edir" fikrini Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend müsbət qarşılayıb. O, Ermənistan Xarici İşlər Nazirliyinin onunla görüş təşkil etmək üçün məsul qurum təyin olunması barədə xəbərləri dəstəklədiyini bildirib. Lakin Zonabend vurğulayıb ki, indiyədək onunla heç bir əlaqə saxlanılmayıb və cavabdeh şəxsin kontaktları təqdim edilməyib.
O, Bakıya qadınlardan ibarət qumanitar səfərin təşkili və Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının taleyini müzakirə etmək üçün XİN nümayəndələri ilə tezliklə bərabər görüşün keçiriləcəyinə ümid etdiyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31