Qaqik Tsarukyan həbsdən ittihamlara cavab verib ÖZƏL
12:39 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan həbsxanadan yaydığı açıqlamada xeyriyyəçilik fəaliyyətindən şəxsi maraqlar üçün istifadə etdiyi barədə ittihamları rədd edib.
Tsarukyan bildirib ki, ölkənin inkişafı ilk növbədə düzgün iqtisadi siyasət, yeni iş yerlərinin yaradılması və səmərəli idarəetmə ilə təmin olunur. Bununla yanaşı, xeyriyyəçiliyin minlərlə insana yardım etdiyini, mədəniyyət, elm, təhsil və idmanın inkişafına töhfə verdiyini vurğulayıb.
Siyasətçi qeyd edib ki, illər boyu erməni diasporunun nümayəndələri tarixi vətənə dəstək göstəriblər. O, özünün də Suriya, Livan, İran və Yaxın Şərqin digər ölkələrində yaşayan ermənilərə yardım etdiyini və bunun Ermənistanla diaspora arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.