Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.Bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31