TRİPP layihəsi regionun yeni arxiterktur dizaynını hazırlayır- ÖZƏL
11:22 Siyasət"Azərbaycan və Ermənistan öz aralarındakı münasibətlərin gələcəyini müəyyənləşdirən əsas sənədi ABŞ-ın iştirakı ilə parafladılar. Bununla da məsələ daha fərqli mərhələyə keçdi. Tərəflər aralarındakı siyasi münasibətlərin gələcəyini mühüm beynəlxalq formatda müəyyənləşdirdilər.
Bununla da 8 avqustda regionda yeni regional arxitektura quruldu. Elə bir arxitektura ki, onun regionada davamlı sülhə və sabitliyə verəcəyi faydalar əvvəlkindən çox fərqli sayılırdı və sayılır". "Olaylar" xəbər verir ki, bunu "Cumhuriyyət" qəzetinin baş redaktoru Rafail Becanov deyib: "Artıq Trump Route for International Peace and Prosperity - TRIPP, bizim Zəngəzur dəhlizi dediyimiz layihə, regional kommunikasiyaların fəaliyyətə başlaması, inteqrasiya və qarşılıqlı etimadın formalaşması kimi mühüm elementlər öz axarına düşməkdədir. Çünki Zəngəzur dəhlizinin açılması ilə təkcə Azərbaycanın Naxçıvanla əlaqəsi öz həllini tapmır, eyni zamanda Türkiyə-Azərbaycan xətti daha da möhkəmlənəcək, Türkiyənin Mərkəzi Asiyaya, o dövlətlərin isə Avropaya çıxış imkanları genişlənəcək, Xəzər üzərindən Orta Dəhlizin əhəmiyyəti artacaq. Eyni zamanda Azərbaycanın tranzit ölkə kimi çəkisi yüksələcək. Ermənistan isə illərlə davam edən coğrafi labirinttdən çıxacaq və özünü "dalan ölkə"dən "keçid ölkəsi"nə çevriləcək.
Ona görə də TRİPP layihəsi regionun yeni arxiterktur dizaynını hazırlayır.
Regional əlaqələr, kommunikasiyalar, iqtisadi inkişaf isə sülhün ən böyük zəmanətidir. Dəmir yolu işləyərsə, ticarət artarsa, enerji mübadiləsi genişlənərsə, sabitlik iqtisadi gəlir yaradarsa, münaqişə və müharibə cəlbediciliyini itirir və siyasi alətə çevrilə bilmir. Ona görə də 2025-ci ilin 8 avqustunda ABŞ-də Prezident Trampın şahidliyi ilə iki ölkə liderinin sülh sənədini paraflaması böyük əhəmiyyət kəsb edir.
İstər müharibədə qələbə, istər sülhə doğru ardıcıl siyasi kurs bir günün məsələsi deyil. Bütün bunlar Prezident İlham Əliyevin ardıcıl siyasi taktikası və strateji hədəfinin nəticəsi idi.
Regionda sülühün qurucusu da, qarantı da İlham Əliyevdir! Onun strateji siyasi xətti nəticəsində bu gün nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqazda artıq heç kimə "əbədi vasitəçi", "əbədi təhlükəsizlik qarantı" və ya "əbədi regional hakim" statusu verilmir.İlham Əliyev bununla da regionun əsas arxitekturasını müəyyənləşdirdi və o arxitekturanın memarı oldu!
Cənubi Qafqazda münaqişə dövrü bitdi...Sülh başladı..."