14 iyul Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı kimi tarixə düşüb- ÖZƏL

"14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı kimi tarixə düşüb".Olaylar" xəbər verir ki, bunu YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov deyib: "Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkədə böyük inkişaf və quruculuq prosesləri həyata keçirilib. Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl yaradılıb.

Ümummilli Lider bütün fəaliyyəti boyu Azərbaycanın inkişafını, xalqın rifahını və dövlətçiliyin möhkəmlənməsini əsas məqsəd kimi qarşıya qoyub. Bu gün həmin siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmiz beynəlxalq miqyasda böyük nailiyyətlər əldə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31