ABŞ-İsrail və İran müharibəsinin genişlənmə ehtimalı nə dərəcədə realdır?
14:38 SiyasətABŞ və İsrailin 2026 fevralın sonundan etibarən İrana qarşı genişmiqyaslı hücumlara davam etməkdədir. Hazırda vəziyyət çox gərgin və sürətlə eskalasiya edən müharibə mərhələsindədir. Xatırladaq ki, müharibənin ilk mərhələsində İranın hərbi infrastrukturu, hava müdafiəsi və rəhbərliyi hədəfə alınıb. İsrail İranın ən böyük qaz yatağına (South Pars) zərbə endirib, nəticədə enerji bazarına ciddi zərbə dəyib. İran isə cavab olaraq İsrail şəhərlərinə raketlər atır, ABŞ bazalarını (Körfəz ölkələrində) vurur və müharibənin region genişləndirməyə çalışır. İran isə Tel-Əvivə və digər şəhərlərə raket atıb, BƏƏ və regiondakı bazalara zərbələr endirib. Buna baxmayaraq İsrail İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və kəşfiyyat naziri Esmail Xatibi öldürdüyünü iddia edir. Yeri gəlmişkən qeyd edək ki, bundan əvvəl də İranın bir necə yüksək səviyyəli hərbi, siyasi və dini rəhbərlər öldürülüb. Ümumilikdə müharibə artıq regional xarakter almaqdadır. Livan (Hizbullah), BƏƏ, Qətər də faktiki olaraq münaqişəyə çəkilir. Hörmüz boğazı təhlükə altındadır ki, bunun da dünya neft bazarına təsiri qaçlmazdır. ABŞ-ın da müharibədə rolu danılmazdır. Birləşmiş Ştatlar İrana birbaşa hava zərbələri endirir, əməliyyatları koordinasiya edir. Məsələn, martın 13-də ABŞ İranın əsas neft mərkəzlərindən birinə böyük hücum edib. Hazırda münaqişə lokal xarakter deyil, tammiqyaslı müharibəyə keçib. Belə ki, eskalasiya davam edir, liderlər öldürülür enerji obyektlərinə hücumlar təşkil edilir. Qısası regionun geniş müharibəyə çevrilmə riski yüksəkdir. Görünən odur ki, müharibə dayanmayıb, əksinə ən təhlükəli mərhələsinə daxil olub. ABŞ və İsrail hücumları artırır, İran isə həm İsrailə, həm də regiona cavab verir. Beynəlxalq aləmdə qlobal enerji və təhlükəsizlik riski yüksəlib. Elə bu səbəbdən də Bəhreyin də daxil olmaqla körfəz ölkələri öz vətəndaşlarına sığınacaqlara getmək barədə xəbərdarlıq edib. Müharibənin deyildiyi kimi qısa müddətdə başa çatmaması dünya dövlətlərini düşünməyə vadar edib. Bu münaqişənin hara qədər və hansı müddətə kimi davam edəcəyi təksə siyasətçiləri deyil, eləcə də dövlət başçılarını narahat etməkdədir. Əsas narahatedici məqam ondan ibarətdir ki, bu münaqişə dünya müharibəsinə çevrilə bilərmi? Hamsı ki, siyasi analitiklər bu riski istisna etmirlər. Yürüdülən fikir ondan ibarətdir ki, münaqişə hələ ki, əsasən İsrail - ABŞ və İran arasındadır, Rusiya və Çin hələ ki, prosesə birbaşa qoşulmayıb. Üstəlik, NATO rəsmi olaraq müharibəyə qatılmayıb. Dünya müharibəsi riski isə ondan ibarətdir ki, İranın arxasında dolayı dəstək var ki, bu dəstək Rusiya və Çindən gəlir. Sadalanan dövlətlər açıq şəkildə olmasa da dolayısı ilə İrana siyasi və iqtisadi dəstək verirlər. Nəzərə almaq lazımdır ki, müharibədə İranın uduzması Rusiya və Çinin maraqlarına ziddir. Əgər bu ölkələrdə müharibəyə birbaşa qoşularsa, o halda qlobal müharibə riski artir. Bu halda müharibə hansı istiqamətdə genişlənə bilər? Məlumat üçün qeyd edək ki, bu məsələ ilə bağlı bir necə ssenari səsləndirilir. Ssenarilərdən biri ondan ibarətdir ki, Hizbullah Livandan İsrailə tam hücum edir, HƏMAS yenidən aktivləşir ki, nəticədə körfəz ölkələri birbaşa müharibəyə qatılmış olur. Bu halda Yaxın Şərq tam müharibə zonasına çevrilir. Digər bir ssenari odur ki, ABŞ quru hərbi əməliyyatla İran daxilinə geniş hücum edir, İran isə Hörmüz boğazını tamamilə bağlamağa çalışır. Nəticədə İran ABŞ bazalarına daha güclü zərbələr endirir ki, bu, artıq çox böyük və dağıdıcı müharibə deməkdir. Ssenarilərin ən təhlükəlisi nüvə eskalasiyası ilə bağlıdır. Əgər İran nüvə silahına yaxınlaşsa və ya İsrail öz nüvə arsenalını istifadə etsə fəlakətli humanitar böhranın şahidi ola bilərik. Çünki belə vəziyyət sözügedən müharibədə "qırmızı xətt" sayılır. İsrail-ABŞ və İran müharibəsinin davam etməsinin dünya iqtisadiyyatına təsiri də danılmazdır. Ən böyük təsirlərdən biri enerji böhranı ilə bağlıdır. Belə ki, Hörmüz boğazı bağlansa, dünya neftinin 20 faizi dayanır, nəticədə enerji qiymətləri sürətlə qalxır. Dünya bazarında benzin bahalaşır, qlobal inflyasiya artır. Şübhəsiz ki, belə vəziyyət bir çox ölkədə iqtisadi böhran riski yaradır. Etiraf edilməlidir ki, Azərbaycan üçün də bu vəziyyət çox həssasdır. Regionda təhlükəsizlik və qeyri-sabitlik riski artsa da Avropa alternativ enerji mənbəyi kimi Azərbaycana daha çox yönələ bilər.
Alim