Deputatların maaşı artırıldı - Milli Məclisin sədri 17000 manat alacaq

Azərbaycanda deputatların vəzifə maaşları artırılıb.

Olaylar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Milli Məclisin sədrinin vəzifə maaşı 3550 manatdan 17000 manata yüksəldilib.

Bundan başqa, Milli Məclis sədrinin birinci müavini 16000 manat, Milli Məclis sədrinin müavini 15000 manat, Milli Məclisin komitə və komissiya sədri 13000 manat, Milli Məclisin komissiya və komitə sədrinin müavini 11500 manat, Milli Məclisin deputatı 9000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31