Yada düşər xatirələr, yaxud bir əfvin tarixi!!!

Səyavuş  Mustafa

Arxadaşlar!!!

İl 2002 yanvar ayının 25- i yəni 25 il əvvəl bu gün. Moskva Azərbaycanlılar cəmiyyətinin növbəti toplantısında olarkən, cəmiyyətin sədri Oktay Hüseynov tədbiri tez qurtarmağın lazım olduğunu, bu gün MQU( Moskva Dövlət Universiteti) da Prezidentimiz Heydər Əliyevlə görüş olacağını və xüsusi dəvətlə orada iştirak etməli olduqlarını bildirdi.

Mən də dedim ki,

"Yaxşı oldu gedim Əliyevlə görüşüm həbsxanada olan dostlarımızın buraxılmasının xahişini edim.(dostlar dediklərimi zarafat hesab eləyərək gülüşdülər)

Biz ayrıldıq , mən və dostum Xanlar Abulov onun maşınında Universitetə gəldik.

Burda haşiyə olaraq deyim ki,6 ay əvvəl həbsxanadan azad olandan sonra dostların dəvəti ilə ailəliklə Moskvaya köçmüşdük.Dostlarım mənə Moskvada 2 otaqlı ev, maşın, biznes qurmaq üçün pul və s hədiyyə edib və bu müddətdə də Bakıda Bədən Tərbiyəsi və Polis Akademiyasından sonra üçüncü ali təhsil kimi Hüqiq fakultəsinə daxil olub oxuyuram.

Universitetə çatanda binanın əsas girişindən deyil "Vorobyovı qora" tərəfdən

olan qapısına içəri daxil olduq.

İlkin müşahidələrimdə baxıb gördüm ki, Prezidentimizin mühafizəçilərindən heç kim yoxdur.

Mən çibimdəki telefon üçün istifadə etdiyim nauşniki( qulaqlığı ) qulağıma taxıb qapının qabağında var gəl eləyən mühafizəçilərdən birinə yaxınlaşıb dedim:

Privet kolleqa. Vaş obyekt toje zaderjivaetsa?

Mühafizəçi məni də kiminsə mühafizəçisi(təbii ki, xarici görnüşümdən Əliyevin) kimi qəbul etdiyindən çox nəzakətlə,

"Naşi na doroqe,Vot-vot doljnı priyexat"dedi.

Bunu eşidəndən sonra mən içəriyə daxil oldum. Orada əllərində gül dəstələri tutmuş məktəbli oğlan və qızlar dayanmışdı. Onların arxasında isə Azərbaycanlı tələbələr var idi.

Onlardan biri mənə müraciət edərək, məllim biz Prezidentimizə gül verə bilərik?

Sualını verdi.

Mən isə cavabında "Prezidentimiz gül vürmək lazım deyil onu qorumaq lazımdır. "Deyəndə hamısı bir ağızdan " biz hazırıq "dedilər.

Həmin vaxt gördüm ki,MQUnun rektoru Akademik Viktor Sadovniçiy qapıya tərəf gedir.

Mən mühafizəçi adıyla onunla görüşüb, bir xahişim olduğunu söylədim.

O da dayanıb məni dinləmək istədiyini bildirdi.

O zaman mən Prezidentimizin kartejinin yaxınlaşdığını, vaxtımızın az olduğunu amma hələ də iclas keçiriləcək zalın bizim tərəfimizdən yoxlanılmadığını deyəndə.

Rektor tez arxasında duran müləllimlərdən bir qadını səslədi və mənim deyəcəklərimə təcili əməl etmələrini tapşırıb getdi.

Mən də ad soyadını unutduğum amma özünü prorektor kimi təqdim edən xanıma məqsədimi bildirdim və bir neçə tələbəyə ehtiyacımız olacağını dedim.

Tez 4-5 nəfər tələbə gətirdilər və biz prorektor xanımın dalınca arxa pilləkənlərlə yuxarı qalxaraq kreslolar və divanlar qoyulmuş geniş bir otağa girdik.

Məlum oldu ki, bura " zal zasidaniyanın" arxasındakı istirahət otağıdır.

Mən tələbələrə bu otağı yoxlatdırandan sonra biz kifayət qədər böyük bir zala "prizidium" tərəfdən daxil olduq. Tez bir zamanda uşaqlara zalın stollarının arasından tutmuş pəncərənin pərdələrinin arxalarını və otopleniyaları yoxlatdırdım.

Özüm isə tribuna qarışıq rəhbər heyyətin oturacağı kresloların ətrafını yoxlanışdan keçirdim.( əslində sözün əsil mənasında vaxtilə Prezidentin mühafizəsində olduğum vaxtlar kimi, doğurdan da yoxlama keçirirdim. Həm də ürəyimdə Prezidentin mühafizə idarəsinin rəisi Vaqif Axundovu buraxdığı belə səhfə görə qınayaraq tənbeh edirdim)

"Yoxlama" bitəndən sonra aşağı endik.

Artıq rektordan tutmuş Duma sədrinin mühafizəçisinə kimi məni Prezidentimizin mühafizəçisi kimi qəbul edirdilər.

Bütün bu müddətdə də Xanlar bəy də nə baş verdiyini anlamadan həyəcanla gah mənim yanımda gəlir,gah da çəkilib bir tərəfdən məni müşahidə edirdi.Mən də əl işarələrimlə ona susub gözləməsini deyirdim.

Çox gərgin keçən bu beş on dəqiqə bitdi və Prezidentimizin korteji "Vorobyovı qora"tərəfdən Universitetə yaxınlaşmağa başladı.

Hamı həyəcan içində öz vəzifəsini həyata keçirməyə hazır vəziyyətə gətirildi.

Biz də kənara çəkilib müşahidə etməyə baxırdıq.

Prezidentin maşını dayandı. Bəylər Əyyubovla Vaqif Axunduv göründülər. Sonra Səftər məllim görəndə bildim ki, növbə rəisi odur.Onun olmağı isə məni şəxsən tanıdığına görə mənim işimi daha da çətinləşdirirdi.

Prezident Heydər Əliyev maşından düşdü.

Rus Milli geyimli oğlan və qız ona duz çörək təqdim etdi və məktəbli qız gül dəstəsi verdi.

Rektorla da görüşəndən sonra dəstə ilə qapıya tərəf addımladılar.

Qapıda biz də bunlara qoşularaq içəri girdik. Foyedəki kiçik qızlar Prezidentimizi salamladı və biz 20-30 nəfərlik bir dəstə ilə pilləkənlərlə yuxarı qalxmağa başladıq.

Mən Xanların da qolundan tutub artıq tanıdığım pilləkənlə onlardan qabaq yuxarı qalxaraq istirahət otağına girib lap dib tərəfə keçdik.Çalışdığım da o idi ki, məni tanıyan Vaqif, Bəylər və Səftər məllimlər məni görməsin.

Artiq otaq demək olarki dolu idi. Tanıdıqlarımdan Moskva Meri Yuri Lujkov, Təhsil naziri Vladimir Filippov, Vladimir Jirinovski və Xalq artisti Lüdmila Zıkina orda idi.

Əliyev içəri girəndə hamısı ayağa qalxıb bir bir əl verib görüşdülər və Heydər Əliyevə yuxarı başda yer göstərdilər.

Mən Heydər əliyevə yaxınlaşıb öz dilimizdə salam verdim və görüşmək üçün əlimi uzatdım.Heydər Əliyev mənimlə görüşüb ( məlumat üçün deyim ki, bu əl verib görüşmə mənim üçün o an həyati əhəmiyyətli bir hərəkət idi.Prezidentə yaxınlaşma, ona hansısa bir terror və yaxut xəsarət yetirmə halları hiss olarsa mühafuzə həmin dəqiqə yaxınlaşan " obyektin" kimliyindən asılı olmayaraq və bütün vasitələrdən istifadə edərək bir mənalı şəkildə, sorğusuz sualsız zərərsizləşdirməlidir!!!

O baxımdan da mənim Prezidentimizlə əl verib görüşməm məni bütün gözlənilən və həm də sözün əsil mənasında gözlədiyim təhlükələrdən xilas etmiş olurdu.)

diqqətlə üzümə baxdı. Məni tanıdığını hiss etdim və o anda " Siyavuş bu sənsən?" deyərək o biri əlini də əlimin üstünə qoydu.

Bəli mənəm Heydər Əliyeviç ( köhnə vaxtlardakı kimi)dedim.

Nə var, nə yox, necəsən, sağlamlığın necədir? Suallarını soruşub cavab alandan sonra, burda neynirsən? Sən hara bura hara? deyə xəbər aldı.

Moskvada yaşayıb müalicə aldığımı və burda oxuduğumu dedim.

Sonra da "Sizinlə vacib bir məsələ üçün görüşmək qərarına gəldim, "deyəndə Lojkov, Zıkina və Jrinovskinin əhatəsində olduğumuzdan Lüdmila Zıkina iradını bildirdi.

"Qeydar Aliyeviç pojalusta qovorite po russki, çtobı mı toje ponyali o çom vı beseduyute"dedikdə

Əliyev məni onlara təqdim etdi

"On odin iz naşix starıx znakomıx i ob oçen vajnım delom xoçet somnoy poqovorit."

Sonra isə mənim heç gözləmədiyim halda

"Vı znaete Lyudmila Qriqoryevna on ne oçen vladeet pusskim yazıkom, tak çto vı prostite mı s nim po svoemu budim qovorit."

Zıkina da " ne mojet bıt takoy krasaveç, i niznaet russkoqo yazıka" dedi

Əliyev sonra yenə mənə tərəf dönüb

"Nə məsələdi ay Səyavuş?"dedi

Təbii ki, uzun müddət ölkə rəhbəri olan bir adam, mənim hansı risk və təhlükəni gözümə alaraq onunla belə bir mötəbər yerdə görüşmək istədiyimin fərqində idi.

Bu vaxt mən gördüklərinin şokunu yaşayaraq yanımda əsgər sayağı düm düz duran Xanlar Abulovu Heydər Əliyevə təqdim elədim.

Heydər Əliyev onunla da səmimi şəkildə əl verib görüşdü və sual dolu nəzərlərlə mənə tərəf döndü.

Mən , " Heydər Əliyeviç sizdən bir xahişim var, bizim o həbsdə olan Dostlarımızı azad edin" deyəndə, dediyim sözlərdən çox da məmnun olmadığını hiss etdiyimdən sözlərimə davam etdim.

"Heydər Əliyeviç vallah onlardan nə dövlətə, nə millətə, nə torpağa zərər gəlməz "deyəndə, sanki gözlərindən bu dediklərimin ardını eşitmək istədiyini hiss etdim və tez

"Həm də onlardan sizə də heç bir zərər gəlməz. ( halbu ki, azadlığını xahiş etdiklərimin bir neçəsi, məhz Heydər Əliyevə sui-qısd üstündə tutulmuşdular)Onsuz da çoxu 7-8 ildi cəza çəkiblər. Qoy çıxıb getsinlər balalarının yanına." Deyəndə gördüm ki, sifətində yumşalma yarandı.

Dalınca da"Sizə çox minnətdaram ki, məni buraxmısız, amma sizə düzünü deyim ki, mən eşikdə onlar içəridədir deyə çox narahatam və özümə yer tapa bilmirəm.Sizdən çox-çox xahiş eləyirəm o uşaqları buraxın"dedim.

Bunları deyəndə qapıya tərəf baxdı və "Bəylər bura gəl" dedi.

Həmin dəqiqə Bəylər Əyyubov və Vaquf Axundov yanımıza gəldi.

Bəylər mənimlə qucaqlaşıb görüşdü və iki daşın arasında Şəhid olan qaynımın nə vaxtsa, hansısa işini həll etdiyini mənə dedi.

Vaqif məllimlə də görüşəndən sonra, Heydər Əliyev "Bəylər Səyavuşda həbsdə olan dustaq dostlarının siyahısı var onu alarsan əhf vaxtı mənə verərsən onları azadlığa buraxarıq. Səyavuş deyəsən onlarsız qalıb darıxır"deyərək güldü.

Elə bir əhval ruhiyyə ilə mənə tərəf döndü və ərkyana " Bunları bildik, bundan başqa sənin özün üçün nə eliyim"dedi.

Cavabında mən,

" Heydər Əliyevuç mənim özümə heç nə lazım deyil, siz elə məni azad eləmisiz,o uşaqları da buraxdırın bu mənə milyondu" deyəndə

Əlini çiynimə qoydu və ucadan gülərək ərkyana

" Heç dəyişməmisən ay Səyavuş, elə həmən Səyavuşsan" dedi.

Bəylər məllimə Bakıya gələndə məni onunla görüşdürməyini tapşırdı.Sonra da atamı, dayımı xəbər aldı.Harda yaşadıqlarını

Mənim sağlamlığımı,işlərimi və harda oxumağımı soruşdu və s

Elə bu vaxt Dumanın sədri Seleznyov gəldi və Rektor hamını zala dəvət etdi.

Biz yəni Xanlarla mən də hamıyla birlikfə zala keçib "prizidiumda" bunlarla bir yerdə Heydər Əliyevin arxasında oturduq.

Zaldan da Oktay məllim və bayaq bir yerdə olduğumuz dostlar bizi burda görüb çox təəccüb və sevinclə bizə əl eləyirdilər.

İclas başladı Lujkov, Seleznyov danışdıqdan sonra mən Xanlara pıçıldadım ki, mən gedirəm.

Xanlar da hələ də yaşadığı şokdan ayrılmadığından, mən tərpənə bilmərəm deyəndə,Onu da Prizidiumda qoyub mən ordan arxadakı istirahət otağına qayıtdım.

Səftər( Naxçıvanda buzim güləş məllimimiz idi) Bəylər və Vaqif məllimlərlə səmimiyyətlə görüşərək və məcbur olub elədiyim hərəkətə görə onlardan halallıq istəyərək ( bu onlar üçün çox böyük "çp"idi və əslində buraxdıqları bu səhfə görə bütün bu günkü sastavı bunlar qarışıq ən yaxşı halda işdən çıxarmalı idilər)ordan çıxdım.

Evə gələndə televizorda canlı yayımda hələ də iclasın getdiyini Xanların da həmən yerində, yəni Heydər Əliyevin arxa tərəfindəki sırada oturduğunu seyr etdim.

Sevincimin həddi hüdudu yox idi.

Bakıya zəng vurub dostum Qorxmaz İbrahimliyə bunların hamısını sevinə sevinə danışdım. Dostlarımızın tezliklə azadlığa buraxılacağının muştuluğunu verdim.

Bakıda bir çox qəzetlərdə bu haqda məlumat yazıldıqdan bir iki gün sonra mənə Bakıdan zəng gəldi.

Zəngin məzmunu isə bundan ibarət idi ki, "Dostlarımın azadlığa çıxmasını istəyirəmsə, bu görüş məsələsini yaymayım."

Mən də,mənə dostlarımın azadlığının lazım olduğunu bildirərək, uşaqlar çıxacağı təqdirdə bu görüşü unudacağımı söz verdim.

Bu haqda indi yazmağımın səbəbi də odur ki, hadisənin üstündən 25 il keçib və həmun adamlar çoxdan o işlərindən ayrıldıqlarından onlara heç bir zərəri yoxdu.Mən də öz sözümə əməl edərək bu görüş haqqında indiyə kimi yazmamışam.

O görüşdən sonrakı bir hadisə isə həqiqətən məni çox narahat elədi.Belə ki, Moskvadan qayıdandan sonra Sarayda çıxış eliyərkən Heydər Əliyev ürəyini tutub yıxıldı və Əliyevi Amerikadakı Klivlent şəhərinə müalicəyə götürdülər.

Hadisələrin belə cəryan etməsi mənim uşaqların azad olmasına olan ümüdimi tam olaraq heçə endirmişdi.

Heydər Əliyev Klivlentdə müalicə olunub qayıtsa da fikirləşirdim ki, adam o böyüklükdə əməliyyat keçirdib. Bu vurhavurda Səyavuşmu yada düşər???

Amma demə elə deyilmiş.

7 mart axşamı dostlarım Verso-M inşaat şirkətinin sahibləri Mehrac Babayev və Vidadi Hüseynovla Lenin prospekti ilə Mikluxa-Maklay küçəsinin kəsişməsində olan ofislərində bilyard oynayırdıq.

Birdən görünməyən nömrədən mənim çib telefonuma zəng gəldi.

Telefonu açanda doklad eləyirmiş kimi dayanmadan.

"Səyavuş bəy salam. Danışan general Aydın Qasımovdur. Cənab Prezident deyir Səyavuşda dustaq dostlarının siyahısı var. Cənab Prezident deyir o siyahını gətirib təqdim etsin. Cənab Prezident deyir o adamları əfv eləmək istəyir.Cənab Prezident deyir Səyavuş özü də gəlsin onunla görüşmək istəyirəm."

Danışığındakı hər kəlmə başı həyəcanla Cənab Prezident deməyindən anladım ki, Ədliyyə Nazirinin müavini və islah Əmək Müəssisələrinin rəisi Aydın Qasımov Prezidentin yanından, həm də əfv komissiyasının toplantısından Prezidentin istəyi ilə mənə zəng vurur.

Mən də "baş üstə" deyib elə ordan Mehrac bəyin sürücüsü işləyən Məhəmməd əmimin maşınıyla bir başa Aeroporta getdim.

Yolda Arif Rəhimovla və İbrahim İbrahimliylə danışdım. Dedilər ki, sən gələnə kimi siyahı hazır olacaq.

Bakıya gəldim və siyahını götürdüm. İndi də məlum oldu ki , siyahını prezident aparatına təqdim etməyin özü böyük bir problemdir.

Uzun çək çevirdən sonra o vaxt Seçki Komissiyasında işləyən dostum Qüdrət Həsənquliyevlə danışdım ki, onun Nazirlər kabinetindəki iş otağında olan üç rəqəmli telefonla aparata zəng vurmaq olar.

O cür də elədik, Qüdrət bəy o zaman bu işdə bizə çox kömək elədi.

Sonra məlum oldu ki, siyahı əfv komissiyasına çatıb və qəbul olub. Amma bir məsələ var ki, adları siyahıda olan məhbusların hər biri şəxsən əfv ərizəsi yazmalıdır.

Bu işdə də Naxçıvan Könüllülərinin Müdafiə Komitəsinin sədri mərhum Komandirimiz Oktay abi Baxşəliyev bizə maşın verməklə, maddi və mənəvi olaraq kömək etməklə yanaşı bizimlə birlikdə bütün həbsxanaları gəzdi və məhbus dostlarımızdan bəzən xahiş, bəzən tələb və hətta bəzən yalvarmaqla əfv əruzəsi yazmaları lazım olduğunu dedik.

Adını yazmaq istəmədiyim bir nəfərdən başqa( onun da ailəsi yazdı) hamı ərizə yazdı.

2002- ci ilin Əfv fərmanı ilə Novruz Bayramı günü 39 nəfər hərəkat, döyüş, səngər və mübarizə yoldaşımız Azadlığa çıxaraq ailələrinə qovuşdular!!!

Onlar Azadlığa çıxan günün sabahısı mən Miskvaya uçdum!!!

Sözün əsil mənasında da Sevincimdən elə quş kimi uçurdum!!!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31