Ermənistan Sülh Şurasına görə pul ödəyəcək?- XİN-dən açıqlama
23 Yanvar 07:51 Siyasət"Sülh Şurasının Nizamnaməsi" maliyyə töhfələri əsasında Şuraya könüllülük əsasında üzv olmağı nəzərdə tutur.
Musavat.com bildirir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yerli medianın Ermənistanın Sülh Şurasına üzvlük üçün nə qədər pul ödəməli olacağı ilə bağlı sualına cavabında bildirib.
"ABŞ prezidenti Trampın dəvət etdiyi ölkə üç ilədək müddətə dəqiq müəyyən edilmiş üzvlük haqqı olmadan şuraya üzv ola bilər və bu müddətin sonunda müəyyən edilmiş qaydada nəzərdən keçirilməlidir.
Ermənistan hökuməti bu əsaslarla Sülh Şurasına üzvlüyünü təsdiqləyib", - Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31