Ərdoğan və Pezeşkian regional məsələləri müzakirə etdi
20:05 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, liderlər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İranda baş verən hadisələri yaxından izləyir və İranın sülh və sabitliyi ölkə üçün önəmlidir.
Prezident həmçinin vurğulayıb ki, Türkiyə heç vaxt İrana qarşı xarici müdaxilə ssenarilərini dəstəkləməyib. O qeyd edib ki, problemlərin həlli və regionda gərginliyin artmasının qarşısının alınması Türkiyənin də maraqlarına xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31