Mamicanyan: Paşinyanın selfiləri Ermənistana baha başa gəlir

Ermənistanın baş naziri Nikol Paşinyanın çəkdirdiyi "selfilər" hamıya baha başa gəlir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamiicanyan Davosda keçirilən "Sülh Şurası"nın iclasında baş nazirin bahalı iştirakını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Ermənistan bu şuraya yalnız baş nazirin ABŞ prezidenti ilə yeni fotosu üçün qoşulub:

"Biz, yəni Ermənistanın bütün vətəndaşları - Paşinyanın Trampla daha bir fotosu olsun deyə 1 milyard dollar ödəməliyik. Paşinyanın şəkilləri bizə çox baha başa gəlir. Su-30 qırıcıları təxminən 60 milyon dollara başa gəlib. Bu təyyarələr isə sursatın olmaması səbəbindən sərhədlərin müdafiəsində bir dəfə də olsun istifadə edilməyib", - deyə Mamicanyan bildirib.

Hakim "Vətəndaş Müqaviləsi" partiyasının nümayəndələrinin "Sülh Şurası"nda iştirak şərtlərinin və maliyyə öhdəliklərinin ölkələr üzrə fərqli ola biləcəyi barədə açıqlamalarını şərh edən müxalif deputat bu ehtimalı istisna etməyib. Lakin onun fikrincə, bu halda daha az ödəniş edən və ya təşəbbüsə pulsuz qoşulan dövlətlər digər iştirakçılarla bərabər səs hüququna malik olmayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31