Bu, ticarət münasibətlərinin yaranmasında da özünü göstərir – Prezident
17:44 SiyasətAzərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda ABŞ Prezidenti Donald Trampla görüşündə deyib.
Azərbaycan Prezidenti regionda artıq sülhün mövcud olduğunu diqqətə çatdırıb.
İlham Əliyev bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31