Azərbaycan strateji əməkdaşlığı siyasi şərtlərlə dəyişmək fikrindən uzaqdır- ÖZƏL

"Davosda "Euronews" televiziyasına verdiyi müsahibə Avropa Parlamentinin Azərbaycana qarşı tənqidi mövqeyinə toxunan Prezident İlham Əliyev bu yanaşmanı qərəzli və siyasi lobbilərin təsiri altında formalaşan mövqe kimi qiymətləndirmişdir. O, Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa üstünlük verdiyini və siyasi təzyiq alətlərini qəbul etmədiyini açıq şəkildə bəyan etmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu mövqe Azərbaycanın suverenlik anlayışına verdiyi xüsusi önəmi göstərir. Bu tezisin əsas məğzi ondan ibarətdir ki, rəsmi Bakı üçün tərəfdaşlıq qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmalıdır. Prezidentin mövqeyi də onu göstərir ki, Azərbaycan enerji və strateji əməkdaşlığı siyasi şərtlərlə dəyişmək fikrindən uzaqdır. Bu isə ölkənin müstəqil xarici siyasət kursunun əsas elementidir.
Müsahibənin ümumi ruhu Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasını bir daha təsdiqlədi. Prezident İlham Əliyev həm Qərb, həm Şərq, həm də regional aktorlarla münasibətlərin balanslaşdırılmış şəkildə qurulmasının vacibliyini vurğuladı. Davos kimi qlobal platformada bu siyasi mövqeyin səsləndirilməsi təsadüfi deyil. Azərbaycan özünü nə blok siyasətinin, nə də qarşıdurma tərəfi kimi təqdim edir. Bu yanaşma ölkəyə həm siyasi manevr imkanları yaradır, həm də iqtisadi və diplomatik çevikliyi qorumağa imkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31