Ermənistan–Azərbaycan enerji müzakirəsində qalmaqal: Açarımız Azərbaycanın əlindədir
15:23 SiyasətErmənistan müxalifətinin deputatı Hayk Mamijanyan baş nazir Nikol Paşinyanın Ermənistan və Azərbaycan enerji sistemlərinin mümkün birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirləri ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb.
Musavat.com xəbər verir ki, deputat brifinq zamanı enerji sisteminin strateji əhəmiyyət daşıdığını vurğulayaraq belə bir addımın Ermənistan üçün ağır nəticələr doğura biləcəyini deyib.
"Bəlkə bir gün də xərclərin optimallaşdırılması adı ilə orduların birləşdirilməsini təklif edəcək? Enerji sisteminin nə qədər strateji önəm daşıdığını izah etməyə ehtiyac varmı? Ermənistan vətəndaşları, elektrik açarınızın Azərbaycanın əlində olmasına hazırsınızmı?"
Mamijanyanın sözlərinə görə, bu cür təşəbbüslər Ermənistanın enerji müstəqilliyini zəiflədə və ölkəni Azərbaycan qarşısında riskli vəziyyətə sala bilər.