Azərbaycan regionda nümunəvi sabitlik modeli yaradıb-Özəl
15:02 Siyasət"Prezident İlham ƏliyeV bütün görüş və çıxışlarında Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətini vurğulaması bir daha sübut edir ki, onun Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Davos forumu dünya siyasətinin, iqtisadiyyatının və qlobal qərarların formalaşdığı ən nüfuzlu platformalardan biri hesab olunur və burada iştirak Azərbaycanın strateji rolunun beynəlxalq səviyyədə qəbul edildiyini göstərir: "Prezident İlham Əliyevin Davosa səfəri geosiyasi, geoiqtisadi və strateji baxımdan olduqca əhəmiyyətlidir. Çünki bu gün Azərbaycan regional və qlobal siyasətdə mühüm aktor kimi çıxış edir. Prezident İlham Əliyev Davosdakı çıxışları və görüşləri ilə Azərbaycanın mövqeyini və maraqlarını birbaşa izah edir. Bununla da Cənubi Qafqazda formalaşmış yeni reallıqlar və Azərbaycanın regionda yaratdığı sabitlik modeli beynəlxalq ictimaiyyətə təqdim olunur, ölkəmizin bir daha müstəqil xarici siyasət yürüdən, heç bir güc mərkəzindən asılı olmayan dövlət kimi sülh, əməkdaşlıq və təhlükəsizlik təşəbbüsləri dünyaya çatdırılır".