Paşinyan Azərbaycanla sülh sayəsində Ermənistanda dizel yanacağı qiymətinin endirildiyini elan etdi
19:26 SiyasətErmənistanda dizel yanacağının qiyməti Azərbaycanla sülh sayəsində düşüb.
Olaylar.az xəbər verir ki, Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Milli Məclisdə hökumət saatında deyib.
Onun sözlərinə görə, sülhün daha da möhkəmləndirilməsi və təsis edilməsi üzrə diplomatik işlər davam edir. Baş nazir tərəflərin ritorikasından başlayaraq, münasibətlərdə son dövrdə baş verən atmosfer dəyişikliyinin sənədləşdirilməsini təklif edib.
"Bu gün öyrəndim ki, Ermənistanın yanacaq bazarında dizel yanacağının qiymətləri 20 faiz düşüb. Mən bunu, digər şeylərlə yanaşı, kənd təsərrüfatı işləri fonunda qiymətləndirməyi təklif edirəm", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində Biləcəri stansiyasından Ermənistana ümumilikdə 2698 ton neft məhsulları (48 vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağı göndərilib.
Daha əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 avtomobil benzini də göndərilib.