Ermənistan və Azərbaycan enerji sistemlərini birləşdirəcək - Paşinyan

Ermənistan və Azərbaycanın enerji sistemləri bir-birinə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində qoşulacaq.

Olaylar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında bildirib.

"Bəli, mütləq və qeyd-şərtsiz olaraq, Ermənistan və Azərbaycanın enerji sistemləri bir-biri ilə əlaqəli olacaq və ixrac və idxal imkanlarından bərabər şərtlərlə qarşılıqlı şəkildə faydalanacaq", - deyə o bildirib.

Bundan əvvəl Paşinyan Azərbaycanla sülh sayəsində Ermənistanda dizel yanacağının qiymətlərinin endirildiyini elan etmişdi.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31