Trampdan Avropaya tarix dərsi: “Biz olmasaydıq, almanca danışırdınız”
18:46 SiyasətABŞ-ın keçmiş prezidenti Donald Trump növbəti qalmaqallı açıqlamaları ilə Avropa ölkələrini sərt tənqid edib və İkinci Dünya Müharibəsi ilə bağlı kəskin ifadələr səsləndirib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ tarix boyu Avropanı bir neçə dəfə "tam məğlubiyyətdən" xilas edib və bu fakt bu gün bilərəkdən unudulur.
Keçmiş prezident bildirib ki, əgər ABŞ olmasaydı, Avropanın böyük bir hissəsi bu gün alman, hətta qismən yapon dilində danışardı. Onun fikrincə, Fransa İkinci Dünya Müharibəsində cəmi iki həftə ərzində Almaniyaya təslim olub və yalnız ABŞ-ın müdaxiləsi nəticəsində işğaldan xilas edilib. Tramp bu reallığın inkar edilməsini "nankorluq" adlandırıb.
O, Danimarkanı da hədəfə alaraq, müharibə zamanı bu ölkənin nə özünü, nə də strateji ərazilərini müdafiə edə bildiyini xatırladıb və ABŞ-ın məcbur qalaraq müdaxilə etdiyini vurğulayıb. Trampın sözlərinə görə, Vaşinqton o dövrdə üzərinə düşən məsuliyyəti yerinə yetirib, lakin sonradan bu addımlar düzgün qiymətləndirilməyib.
Tramp eyni zamanda Avropa ilə iqtisadi münasibətlərə toxunaraq, ABŞ-ın artıq "bütün dünyanı subsidiya etmək" niyyətində olmadığını bildirib. Onun fikrincə, bu siyasət Avropa bazarlarında qiymətlərin düşməsinə və yeni iqtisadi reallıqların formalaşmasına gətirib çıxaracaq.