Azərbaycan qalib dövlət kimi sülh təşəbbüsü ilə beynəlxalq nümunə yaradıb- ÖZƏL 

""Zayed İnsan Qardaşlığı Mükafatı" ölkələrin və onların rəhbərlərinin sülh, dialoq və əməkdaşlıq  sahəsindəki uğurlarına və təşəbbüslərinə görə  verilir. Prezident İlham Əliyevə bu mükafatın verilməsi Azərbaycanın sülh təşəbbüslərini, beynəlxalq arenadakı uğurlarını və mədəni diplomatiyadakı rolunu nümayiş etdirir". 
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Mükafat, müharibədən sonra regionda yaranmış yeni reallıqlara baxmayaraq, Azərbaycanın qalib dövlət kimi sülhə, əməkdaşlığa və regionda stabilliyin bərpasına verdiyi töhfəni vurğulayır. Ölkəmiz regionda tranzit xəttlərinin açılması, uzun illər davam edən münaqişələr və işğal faktlarına baxmayaraq, konstruktiv diplomatik addımlar ataraq yeni əməkdaşlıq imkanları yaradıb.
Bunların təşəbbüskarı isə Azərbaycan Prezidenti İlham Əliyev olub. Qalib dövlətin məğlub tərəfə sülh təşəbbüsü ilə çıxış etməsi nadir rast gəlinən bir addımdır və Azərbaycan bu yolla öz trendini formalaşdırıb. Bu isə beynəlxalq  gələcək sülh təşəbbüsləri üçün yeni imkanlar açır. Azərbaycan regionda və qlobal səviyyədə sülh təşəbbüslərinin təşviqində nümunəvi ölkə kimi tanınır. Prezident İlham Əliyevə verilən mükafat isə ölkəmizin regional və qlobal səviyyədə mövqeyini gücləndirir, gələcək sülh təşəbbüsləri üçün əlavə diplomatik imkanlar yaradır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31