Azərbaycan sabit və təhlükəsiz  marşrut kimi ön plana çıxır- ÖZƏL

"Prezident İlham Əliyevin "Euronews" telekanalına verdiyi müsahibsində və Davos İqtisadi Forumundakı çıxışlarında xüsusi yer tutan məsələlərdən biri bağlantı və nəqliyyat təhlükəsizliyi oldu. Qlobal geosiyasi parçalanma, sanksiyalar və münaqişələr fonunda Azərbaycan sabit, təhlükəsiz və sanksiyalardan kənar marşrut kimi ön plana çıxır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir. Bu gün isə Orta Dəhliz, Mərkəzi Asiya ilə Avropa arasında alternativ nəqliyyat xəttinin əsas dayağı məhz Azərbaycandır. Bu kontekstdə Ermənistanla sülh və nəqliyyat kommunikasiyalarının açılması regional rifah və qarşılıqlı asılılıq baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin əsas göstəricilərindən biri kimi orta sinfin genişlənməsini xüsusi qeyd etdi. İşsizlik və yoxsulluğun 5 faizə endirilməsi, qeyri-neft sektorunda artım və şəhərsalma layihələri bunu təsdiqləyir. "Ağ Şəhər" və "Sea Breeze" kimi layihələr yalnız daşınmaz əmlak bazarının deyil, eyni zamanda urbanizasiya, turizm və daxili sərmayə mühitinin inkişafını göstərir. Mühüm məqam ondan ibarətdir ki, bu layihələrdə mənzil alanların böyük əksəriyyəti yerli vətəndaşlardır. Bu isə əhalinin alıcılıq qabiliyyətinin artmasının real göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31