Fon der Leyen Qrenlandiyada “görünməmiş investisiya artımı” vəd etdi- ÖZƏL 

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Qrenlandiyanın iqtisadiyyatına görünməmiş investisiya artımı vəd edib. Olaylar.az xəbər verir ki, o, bu açıqlamanı Avropa Parlamentinin iclasında çıxışı zamanı verib. Fon der Leyen bildirib ki, Avropa İttifaqı Qrenlandiyanın suverenliyini və Danimarkanın ərazi bütövlüyünü qorumağa hazırdır və bu məqsədlə Brüsseldə "lazımi vasitələrin" mövcud olduğunu vurğulayıb.
Qrenlandiyada planlaşdırılan bu investisiya artımı, əyalətin iqtisadi inkişafını dəstəkləmək və Avropa İttifaqının bölgədə mövqeyini gücləndirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31