“Heç bir milyard yoxdur” – Lukaşenko təkzib etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"na qoşulmaq üçün 1 milyard dollar ödənilməsi barədə yayılan məlumatların yalan olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Prezident daha əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın Qəzza sektoru üzrə təklif etdiyi "Sülh Şurası"na Belarusun qoşulması ilə bağlı sənədi imzaladığını xatırladıb.

"Bu insanlar növbəti dəfə özlərini biabır etdilər. Sadəcə sənədi oxumaq lazımdır. Heç bir pul tələb olunmur", - deyə Lukaşenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Şurada təsisçi qismində iştirakın ilk üç ili üçün heç bir ödəniş nəzərdə tutulmayıb.

"Əgər üç ildən sonra da orada qalmaq, seçilmək, dəvət olunmaq və ya təyin edilmək istəyirsənsə, onda 1 milyard dollar ödəməlisən və fəaliyyətini davam etdirə bilərsən. Yəni bu məbləğ yalnız üç ildən sonra Şurada işləmək niyyəti olanlar üçündür", - deyə o əlavə edib.

Belarusun "Sülh Şurası"nda iştirakı məsələsinə toxunan prezident ölkəsinin imkanlarını real qiymətləndirdiyini diqqətə çatdırıb.

"Bizim Qəzza üçün köməyimiz çox böyük olmayacaq. Düşünürəm ki, bəlkə Sülh Şurasının fəaliyyəti və imkanları dünyanın digər bölgələrinə də şamil olunar. İlk növbədə Ukrayna məsələsində nəsə müzakirə edib sülhə doğru müəyyən addımlar ata, bu prosesə təsir göstərə bilərik. Məni ən çox cəlb edən də məhz budur", - deyə Lukaşenko vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31