Ermənistan Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi
21:23 SiyasətErmənistan Prezidenti Vaaqn Xaçaturyan Prezident İlham Əliyevə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi.
Trend xəbər verir ki, bu sözləri o, Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın gələcəyi iki ölkənin liderlərindən asılıdır və onlar artıq sülh yolu ilə addımlar atmağa hazır olduqlarını və siyasi cəsarət göstərdiklərini nümayiş etdiriblər.
""Bir-iki il əvvəl indiki əməkdaşlıq səviyyəsinə çata biləcəyimizi təsəvvür etmək çətin idi. Bu gün Ermənistan Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan yüklər alır və əminəm ki, gələcəkdə yük daşımaları birbaşa öz ərazilərimizdən həyata keçiriləcək", - o qeyd edib.