Ermənistan KTMT-ni birdəfəlik tərk edəcək?

 

"Ermənistanın 2026-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün "dondurulması" ehtimalı çox azdır".

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunub.

"Ermənistanın KTMT-də üzvlüyünün "dondurulması" çox güman ki, baş verməyəcək. Biz bunu bölgə təhlükəsizlik qurumunun nüfuzuna çağırış və qurumun digər üzv dövlətləri üçün nəticələr mənbəyi kimi qiymətləndiririk", - deyə bildirilib.

Ermənistan Baş naziri Nikol Paşinyan 2024-cü il fevralın 23-də bəyan etmişdi ki, Ermənistan praktik olaraq KTMT-də iştirakını dondurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31