Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib
14:52 SiyasətYeni parlamentdə deputatlar hamı üçün vahid prosedura uyğun olaraq seçilməlidir.
AZƏRTAC "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayın iclasında çıxış edərkən deyib.
Prezident, həmçinin yeni parlamentə "Qurultay" adının verilməsini təklif edib. Dövlət başçısı qeyd edib ki, yeni parlament beşillik müddətə seçiləcək və qanunverici orqanda yerlərin sayı 145-ə çata bilər. Yeni birpalatalı parlamentdə prezident kvotası və Qazaxıstan Xalqı Assambleyası kvotasının da ləğv edilməsi təklif olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31